Keçid linkləri

Təcili xəbərlər
2022, 24 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:50

Timoşenkonun həbsindən 1 il ötür


Ukraynanın müxalifətdə olan Batkivşina partiyasının üzvləri Dnepr üzərindəki piyada körpüsündən üzərində “Timoşenkoya azadlıq” sözü yazılmış böyük plakat asıblar.

İnterfaksın məlumatına görə, plakat orda təxminən 1 saat qalıb.

Qeyd edək ki, bu partiyaya hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko liderlik edir.

Avqustun 5-i Timoşenkonun həbsinin 1 ili tamam olur.

O baş nazir olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

B undan başqa ona qarşı maliyyə fırıldaqçılığı ilə ikinci cinayət işi açılıb.

Timoşenko və tərəfdarları həbsin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG