Keçid linkləri

2017, 25 Fevral, şənbə, Bakı vaxtı 11:08

İran Türkiyə vətəndaşlarından da viza tələb edəcək


-
İran avqustun 5-dən 31-dək Türkiyə vətəndaşlarına da viza rejimi tətbiq edib.

Bu barədə «AzərTAc» məlumat yayıb.

Türkiyə vətəndaşları göstərilən müddət ərzində Tehranın bu ölkədəki diplomatik nümayəndəliklərindən viza almaqla İrana səfər edə biləcəklər.

Ölkənin rəsmi mətbuatının yaydığı məlumata görə, bu qərar «Qoşulmama Hərəkatına» üzv dövlətlərin Tehranda keçiriləcək 16-cı sammiti ilə bağlıdır.

İran həmin tədbirlə əlaqədar Azərbaycan vətəndaşlarına viza tətbiq etdiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 2-də İran tərəfindən bununla bağlı xəbərdarlıq notası aldığını açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG