Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

Naxçıvanda şübhəli bilinən 71 nəfər Mantu sınağından keçirilib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 16 may 2012. sayı: 90 (20.495)


POLİS ƏMƏKDAŞLARININ ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Andiçmə mərasimini Daxili Qoşunların Naxçıvan Alayı komandirinin müavini, mayor Şahin Bəylərov açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Məktəbin rəisi vəzifəsi səlahiyyətlərini icra edən polis polkovnik – leytenantı Fariz İsmayılov mərasimdə çıxış edərək şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə danışıb.

Qeyd olunub ki, dövlətin ictimai – siyasi həyatının mühüm sahələrindən olan hüquq – mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi hüquq – mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzar keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarlı qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqəti olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.

KÜTLƏVİ PROFİLAKTİK MÜAYİNƏLƏR APARILMIŞDIR

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yüksək ixtisaslı həkimləri Sədərək rayonunda olmuşlar. Gün ərzində 9 operativ, 41 pediatrik, 6 cərrahi və 21 ginekoloji, 13 dermatoloji, 34 oftalmoloji, 18 nevroloji xəstə müayinədən keçirilmiş, aşkar olunan ilkin xəstələrə ambulator kartlar açılmışdır. 3 xəstə hipertoniya, 4 xəstə diffuz toksiki zob, 5 uşaqda anemiya, 2 uşaqda revmatizm aşkar edilərək dispanser qeydiyyatına alınmışdır. Ağciyər Xəstəlikləri Dispanserinin həkimləri səyyari flüoroqrafik rəqəmsal rentgen aparatı ilə Mantu sınağı şübhəli olan 71 nəfəri müayinədən keçirmişdir. Onlardan 4 nəfər əlavə müayinəyə cəlb olunmuşdur.

Endikrinoloji Dispanserin həkimləri tərəfindən 11 nəfər müayinədən keçirilmiş, onlardan 9 nəfərdə şəkər xəstəliyi aşkarlandığından dispanser qeydiyyatına alınmışdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Yanğı hadisəsi zamanı davranış qaydaları ilə bağlı tədbir
- Şərqə açılan qapımız
- Milli dəyərlər və Azərbaycan ailəsi
XS
SM
MD
LG