Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Rusiya Suriyaya 3 hərbi gəmi göndərir



Rusiyadakı informasiya agentlikləri İtar-Tass və İnterFax agentlikləri avqustun 3-də məlumat veriblər ki, 3 hərbi gəmi Qara Dənizdəki Novorossiysk hərbi bazasından Suriyanın Tartus limanıan doğru yola düşüb.

Rusiya ordusunun Baş Qərargahına istinad edən agentliklər yazırlar ki, əsgər daşıyan həmin gəmilər gələn həftənin əvvəlində Suriyaya çatacaqlar və bir neçə gün Tartus limanında qalacaqlar.

Qeyri rəsmi mənbələr hər gəmidə 120 nəfərlik xüsusi təlim görmüş hərbçi olduğunu bildirirlər. Gəmilər avqustun 12-də yenidən Novorossiysk limanına qayıtmalıdırlar.

Qərb ölkələri Suriya rejimini dinc əhaliyə qarşı zorakılıqlarda ittiham edir, prezident Bashar al-Assadın istefasını tələb edir. Rusiya və Çin isə Assada qarşı BMT Təhlükəsizlik Şurasının daha sərt addımlarına imkan vermir.

İnsan haqları fəalları son iki ilə yaxın müddətdə Suriyada rejimin nəzarətində olan ordu hissələri müxalifət silahlıları arasında toqquşmalarda 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG