Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

Müxalifət Lukaşenkaya müraciət yollayıb


Belarusun müxalifət siyasətçiləri və fəalları avqustun 3-də hüquq müdafiəçisi Ales Byalyatskinin dərhal azad olunması tələbilə imza toplayıb prezident Aleksandr Lukaşenkaya yollayıblar.

Vyasna İnsan Hüquqları Mərkəzi davamlı olaraq Lukaşenkanın alternativ fikirdə olan insanlara qarşı repressiyaları barədə məlumat yayırdı.

Byalyatski 2011-ci ilin avqust ayında saxlanılıb və ona vergidən yayınma ittihamı ilə 4,5 illik həbs cəzası verilib. Avropa Birliyi və ABŞ onun həbsinin siyasi motivli olduğunu qəbul edir və bu hadisəni qınayırlar.

Byalyatski əleyhinə ittiham ondan ibarətdir ki, o Belarusdakı fəaliyyətini maliyyələşdirmək üçün Polşa və Litvadakı şəxsi hesabına beynəlxalq donor təşkilatlarından pul qəbul edib. O, bu ittihamı qəbul etmir.
XS
SM
MD
LG