Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Unut Londonu, Olimpiadanın ən maraqlı yarışı burda gedir... [Video]


Keçmiş Azərbaycan olimpiaçıları AzadliqFM-də
Gözlə

No media source currently available

0:00 0:54:22 0:00
Direct-ə keçid

Azərbaycan istifadəçilərinin olimpiada haqqında ümid, təəssüf və istehza dolu statuslarının bəhsə girdiyi Facebook Məkanında

-
İngiltərəyə viza ala bilməyənlər, London Olimpiadasına bilet tapmayanlar heç ürəklərini sıxmasınlar. Azərbaycan idmançılarına Facebook-da da dəstək vermək olar. Olimpiya oyunlarını sosial şəbəkələrdə izləməyin ləzzəti bəzən idman yarışlarının dramatikliyi ilə bəhsə girir. AzadlıqRadiosu 1 saat ərzində London Olimpiadasının doğurduğu reaksiyaları, ehtirasları, ümid və təəssüf hisslərini canlandırır.

Studiyadan bu ehtiraslara məşhur veteran idmançılar Zülfiyyə HüseynovaMəhiyəddin Allahverdiyev qoşuldu. 1 saat ərzində idman həvəskarlarının suallarına cavab verdilər.

- Heç nədən, maddi və mənəvi dəstəkdən korluq çəkməyən Azərbaycan idmançılarının bəziləri Olimpiya Oyunlarının ilk mərhələlərində uduzdular. Buna münasibətiniz necədir?

Zülfiyyə Hüseynova:

- Bəzi məşqçilər yerində deyil. Heç kəsdən qorxacağım yoxdur, elə idman növləri var ki, oradakı məşqçilər öz yerlərində deyillər. Əfsuslar olsun, bu, mənim tələbəmdir, o, sənin tələbəndir deyə, bir hərc-mərclik var. Bir şey olan kimi deyirlər ki, ölkə başçısı hara baxır... Ölkə başçısı mənim yerimə güləşəsi deyil ki?! İdmançılarımızda da günah var, bir yerdə qələbə çalan kimi özlərini «as» sayırlar.

Məhiyəddin Allahverdiyev:

- Azərbaycanda Olimpiya Oyunlarına hazırlıq üçün təqvim planı yoxdur. Mən hər 4 ildən bir deyirəm ki, yəqin bu dəfə yığışarlar, hazırlıq üçün təqvim planı hazırlayarlar. Amma yoxdur. Bir məşqçi nə qədər işləyər? 5 il, 10 il, daha 30 il yox ki. Onun biliyi tükənir axı. Cavanlara yer vermək lazımdır.

Verilişə telefonla qoşulan idman şərhçisi Sərxan Musalı deyir ki, ilk baxışdan Azərbaycan heyətinin uğursuz çıxış etdiyi görünür, amma qərar vermək hələ tezdir:

- Çünki keçmiş Olimpiya çempionu cüdoçu Elnur Məmmədlini çıxmaq şərtilə, medal gətirə biləcək idmançılarımız hələ çıxış etməyib. Elnur Məmmədlinin məğlubiyyəti gözlənilməz oldu, amma bu, idmandır. Hər şey ola bilər. Güləşçilərimizdən və bəzi boksçularımızdan medal gözləyirəm.

Verilişə telefonla qoşulan keçmiş cüdoçu, İsveçdə məşqçilik edən Aqil adlı dinləyici düşünür ki, Olimpiya Oyunlarında cüdoçuların məğlubiyyətində əsas məsuliyyət məşqçilərin üstünə düşür:

- Mən oyunlara baxıram, görürəm ki, müəllimləri onlara düzgün istiqamət vermir. Yarışan idmançı öz səhvlərini görmür, amma kənardan axı məşqçi bunu görür. Gərək başa sala ki, neyləməlidir. Bir də baxıram ki, onlar cüdonun sovet dövrü proqramı ilə işləyirlər.

Verilişi tam olaraq burdan dinlə

XS
SM
MD
LG