Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Bütün dövrlərin ən yaxşı filmi seçildi (Video)


-

Bütün dövrlərin ən yaxşı filmi adına məşhur ingilis-Amerika rejissoru, dəhşət filmlərinin ustası Alfred Hiçkokun “Başgicəllənmə” filmi layiq görülüb. (oxuzali.az)

Britaniya Kinematoqrafiya İnstitutunun on ildə bir dəfə kino tənqidçiləri arasında keçirdiyi sorğunun nəticələrini nüfuzlu “Sight & Sound” jurnalı dərc edib.

Hiçkokun 1958-c ildə çəkdiyi bu psixoloji triller təqaüdə çıxmış kriminalistdən bəhs edir. (o, akrofobiyadan - hündürlükdən qorxmaq xəstəliyindən əziyyət çəkir).

Onu bir nəfərin arvadının qəribə davranışının səbəbini araşdırıb tapmaq üçün muzdla işə cəlb edirlər.

Hiçkokun filmi jurnalın ötən onilliklərdə keçirdiyi sorğularda qalib olmuş “Vətəndaş Keyn”i (rej. George Orson Welles) ilk pillədən sıxışdırıb çıxarıb.

1941-ci ildə çəkilmiş bu film mediamaqnat Keynin həyat hekayətini anladır. Öncə cəmiyyətə xidmət ideyası ilə meydana atılan Keyn tədricən bütün gücünü öz eqosunun ehtiyaclarının ödənməsinə yönəldir.

Üçüncü pillədə yapon rejissoru Yasudziro Ozunun “Tokio əhvalatı” filmi qərarlaşıb.
Film qoca ər-arvadın Tokioya övladlarıgilə qonaq getməsindən danışır.

Təzad yaranır: övladlar o qədər məşğuldurlar ki, valideynlərinə yetərincə diqqət göstərmirlər, qocalar xoş münasibəti gəlinlərindən görürlər...

Bəs səncə, bütün dövrlərin ən yaxşı filmi hansıdır?

XS
SM
MD
LG