Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:42

Ukrayna və Polşa vətəndaşlarını Hələb şəhərindən çıxarır


Ukrayna və Polşa ağır döyüşlərin getdiyi Suriyanın Hələb şəhərindəki vətəndaşlarını çıxarır.

140 ukraynalı, 15 polşalını Ukraynanın hərbi təyyarəsi vasitəsilə evakuasiya edir.

Təyyarə artıq Hələbdən Kiyevə uçub. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Evakuasiya edilənlərin əksəriyyəti suriyalılarla evlənmiş ukraynalı və polşalı qadınlardır. Onlar uşaqları ilə birgə evakuasiya edilir.

Ukyarna iyulun 26-dan vətəndaşlarını Suriyadan çıxarmağa başlayıb.

Bu arada Suriya prezidenti Bashar al-Assad ordunun "cinayətkar terrorçu" adlandırdığı üsyançılara qarşı səyini təqdir edib.

Döyüşlər hazırda Hələbdə gedir.

Dəməşqin bəzi yerlərində də toqquşmalar davam edir.

Fəallar deyirlər ki, avqustun 1-də 90-a yaxın adam öldürülüb. Onların arasında hökumət qüvvələri də var.

Fransa Suriya vətəndaş müharibəsini müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasında nazirlər səviyyəsində iclasının çağırılmasını tələb edib.
XS
SM
MD
LG