Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

London-2012: Boksçu Məhəmməd Abdülhəmidovun görüşünün nəticəsini ləğv edildi


XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb.

Beynəlxalq Boks Assosiasiyasının yaydığı məlumata görə, mübarizəyə 1/8 final mərhələsindən başlayan Məhəmməd Abdülhəmidov yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunub. Lakin sonradan Hakimlər Kollegiyasının qərarına əsasən yapon boksçunun qalib gəldiyi bildirilib.

Beynəlxalq Boks Assosiasiyası bildirib ki, azərbaycanlı boksçu 3-cü raundda 6 dəfə yerə yıxılıb.

Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. Qaydalara görə, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir.

Bununla da Yaponiya tərəfinin apelyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib.
XS
SM
MD
LG