Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 19:59

Bakıda ilan sancmaları artıb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, ilan sancması ilə təcili yardıma müraciət edənlərdən 2 nəfəri xəstəxanaya yerləşdirilib.

İlan sancmaları Binəqədi rayonu Binəqədi kəndində, Səbail rayonunda və Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması qeydə alınıb. Onlardan 6 nəfəri uşaq olub.

Mövsümün ilk ilan sancması mayın 1-də qeydə alınıb.
This item is part of
XS
SM
MD
LG