Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Netanyahu Panetta ilə razı deyil


İsrailin baş naziri Benjamin Netanyahu hesab edir ki, Birləşmiş Ştatların İsraili dəstəkləməsi və həri zərbələrin mümkünlüyünə baxılması ilə bağlı bəyanatı İrana qarşı təzyiqlərə kömək etmir.

Netanyahunun sözlərinə görə, İran hələ də hərbi məqsədli nüvə proqramını inkişaf etdirir.

O bu gün Qüdsdə Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta ilə keçirdiyi mətbuat konfransında diplomatik cəhdlərə əlavə vaxt ayrılması ilə bağlı Pentaqon rəhbərinin fikri ilə razılaşmayıb.

Netanyahu İrana qarşı qəti tədbirlər görüılməsini təkid edir.

Leon Panetta görüşdən əvvəl ABŞ-ın İrana mümkün hücum planlarının müzakirə ediləcəyi ilə bağlı İsrail mətbuatının yaydığı məlumatı təkzib edib.

Pentaqon rəhbəri bundan əvvəl Qahirədə yeni Misir rəhbərliyi ilə görüşüb.
XS
SM
MD
LG