Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
Komitənin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın ANS PRESS-ə verdiyi məlumata görə, onlar əsirə ailəsindən məktub çatdırıb, əsirdən isə ailəsinə çatdırmaq üçün məktub götürüblər.
1992-ci il təvəllüdlü əsgər Fərəcov Firuz iyulun 26-da cəbhənin Tovuz rayonu istiqamətində azaraq erməni tərəfinə əsir düşüb.
Azərbaycanda isə hazırda 1 erməni ailə saxlanılır.
Onlar 2010-cu ilin yanvarında könüllü Azərbaycan tərəfə keçiblər.