Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Olimpiya çempionu Elnur Məmmədli ilk oyunda məğlub oldu


Arxiv foto: Pekin Olimpiadasının qalibi Elnur Məmmədli, 2008-ci il

İyulun 30-da London Yay Olimpiadasında dörd il əvvəl Pekin olimpiadasında çempion olmuş Elnur Məmmədli (81 kq) ilk oyunda məğlub olub. Elnur Məmmədli mübarizəyə 1/32 finaldan başlamışdı. Onun rəqibi Kanada cüdoçusu Antuan Valua-Fortedi idi.

63 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Usubova isə mübarizəyə 1/16 finaldan başlayıb. Rəqibi Türkmənistan idmançısı Gülnar Haıtbayevaya qalib gəlib. Lakin növbəti mərhələdə cənubi koreyalı Joung, Da-Woon-la qarşılaşaraq məğlub olub. Cənubi koreyalı idmançı Ramiləni saxlama fəndinə salaraq ipponla qələbə qazanıb.

Bundan əvvəl Azərbaycan cüdoçularından İlqar Muşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk döyüşdə uduzmuşdu. Rüstəm Orucov (73 kq) 1/8 finalda məğlub olub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG