Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:08

Tymoshenko bu dəfə maliyyə fırıldaqlarında ittiham olunur


Xarkovda Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun məhkəməsi davam edir. Bu günkü prosesdə dövlət ittihamçısı onun məhkəmədə iştirak etməsini tələb edib.

Yulia Tymoshenko isə səhhəti ilə bağlı məhkəmədə iştirak etmək istəmədiyini bildirib. Hazırda Xarkov xəstəxanasında müalicə olunur.

Hazırkı məhkəmədə Yulia Tymoshenko 1990-cı ildə rəhbərlik etdiyi “Ukraynanın vahid enerji sistemi” şirkətinə rəhbərlik etdiyi vaxt maliyyə fırıldaqlarında ittiham olunur. Bu onun ikinci məhkəməsidir.

Birinci məhkəməsində Tymoshenko 2009-cu ildə baş nazir olduğu vaxt hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsi imzalamaqda, dövlətə 200 milyon dollar ziyan vurmaqda ittiham olunub. Buna görə 7 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG