Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 04:43

Hələbdə dörd gündür döyüş gedir


Artıq dördüncü gündür Suriyanın Hələb şəhərində müxalifətçilərlə ordu arasında qızğın döyüşlər gedir. Bütün xəstəxanalar yaralılarla doludur. Şəhəri minlərlə sakin tərk edir.

Suriyadan qaçanların çoxu Türkiyəyə sığınır. Türkiyədə 43 mindən çox suriyalı qaçqın var.

Dünən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barack Obama ilə Suriyadakı vəziyyəti müzakirə edib.
XS
SM
MD
LG