Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

Musavi və Karrubi hələ də ev dustaqlığındadır


İranda müxalifət liderləri Mir Hossein Musavi və Mehdi Karrubi hələ də ev dustaqlığındadır. Bu haqda İranın baş prokuroru Gholam Hossein Mohseni Ejei məlumat verib.

Prokurorun sözlərinə görə, müxalifətçilərin ev dustaqlığından azad olunması təhlükəsizliyə təhdid olar və İran xalqına ziyan gətirə bilər.

Mir Hossein Musavi və Mehdi Karrubi 2010-cu ilin fevralından ev dustaqlığındadır. Musavinin həyat yoldaşı da ev dustağıdır.

Hər iki müxalifət lideri 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin nəticələrinə etirazlarını bildirirdilər.
XS
SM
MD
LG