Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 20:26

Suriyada BMT müşahidəçilərinin rəhbərinə atəş açılıb


Suriyada BMT müşahidəçilər missiyasının rəhbəri Babacar Gayenin olduğu maşın karvanı ordu tərəfdən bir tankın atəşinə məruz qalıb.

Bu haqda keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Ban Ki-Moon məlumat verib. Deyib ki, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bu Gayenin maşın karvanına edilən ikinci hücumdur. Babacar Gaye BMT-nin müşahidəçilərinə iyul ayından başçılıq edir. O bu vəzifədə norveçli general Robert Moodu əvəz edir.

Ban Ki-Moon növbəti dəfə Suriya hökumətini üsyançılara qarşı divan tutmaqdan çəkinməyə çağırıb.
XS
SM
MD
LG