Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:49

ABŞ Dövlət Departamenti dünyada dini dözümsüzlüyün artdığını bildirir


ABŞ 2011-ci ildə dünyada dini zəmində dözümsüzlüyün davam etdiyini bildirir. ABŞ Dövlət Departamentinin dünyada din azadlığının vəziyyətindən bəhs edən illik hesabatında deyilir ki, Bəhreyn, İraq, Rusiya kimi ölkələrdə hökumətlər “zorakı ekstremistlər” adlandırdıqları qruplara qarşı addımlar atarkən din azadlığını pozur, sosial zəmində dozümsüzlüyə yol açırlar.

Sənədə görə bir çox ölkələrdə hökumətlər kafirlik, dinini dəyişmə və təhqir kimi maddələrdən din azadlığını boğmaq üçün daha çox istifadə ediblər.

ABŞ Dövlət Departamenti hesabatında Çin, İran, Şimali Koreya və Səudiyyə ərəbistanını din azadlığı sahəsində davamlı problemləri olan ölkələr kimi xarakterizə edir. Sənədə görə bütün dünyada hazırda anti-Semitizm, eləcə də bəhailər, buddistlər və uyğurlara qarşı dözümsüzlük güclənir.
XS
SM
MD
LG