Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:31

Londondakı Suriya diplomatları müxalifətin tərəfinə keçdi



Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə iyulun 30-da bu ölkədəki Suriya diplomatları müxalifətin tərəfinə keçiblər. Onlar Suriya prezidenti Bashar al-Assad rejiminin zorakı və repressiv davranışına etiraz etdiklərini bildirirlər. Londondakı müvəqqəti işlər vəkili Khaled al-Ayoubi Britaniya rəsmilərinə deyib ki, daha Assad rejimini təmsil etmək istəmir.

Al-Ayoubi 2001-ci ildə Suriya Xarici İşlər Nazirliyində iş başlayıb. O, 2003-2008-ci illərdə Suriyanın Yunanıstandakı konsulu vəzifəsində çalışıb.

Bundan əvvəl Suriyanın başqa bir neçə ölkədəki diplomatları da rejimə xidmətdən imtina etdiklərini bildiriblər.

Son iki ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifət qüvvələri ilə hökumət qoşunları arasında toqquşmalarda insan haqları fəalları 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG