Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Tacikistanda yaraqlılar təslim olurlar


Tacikistan hökuməti ölkənin şərqində hökumət qüvvələri ilə atışmaya girmiş yaraqlıların silahı təhvil verdiklərini bildirir. Daxili İşlər Nazirliyi bazar ertəsinə qədər onlardan 60 silah götürdüyünü deyir. Bunun əvəzinə hökumət də yaraqlılara amnistiya vəd edir.

Keçən həftə hökumət qüvvələri ilə toqquşmalarda 17 əsgər, 20 mülki sakin və 30 da yaraqlı həlak olmuşdu.

İyulun 21-də hüquq-mühafizə orqanlarının yüksək vəzifəli zabitinin qətlə yetirilməsindən sonra hökumət bölgəyə qoşun yeritmiş, atışma da bundan sonra başlamışdı.

Hələlik hökumət həmin zabitin qətlində ittiham olunan 4 nəfərin də təslim olmasını tələb edir. Hələlik yaraqlı qrupun konkret kimlər olduğu məlum deyil.
XS
SM
MD
LG