Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 03:48

Günel Mövlud: "Mirzə Fətəlinin məzarını bu vəziyyətdə görəndə çox kədərləndim"


Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov
«Azərbaycanın görkəmli şəxsiyyətlərinin Tbilisidəki məzarlarını görərkən çox kədərləndim».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına gənc yazar Günel Mövlud söylədi.

Bir qrup gənc yazar Seymur Baycanın təşəbbüsüylə iyulun əvvəllərində Tbilisiyə səfər edib, orada dəfn olunan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli Xan Xoyski və Həsən Bəy Ağayevin məzarını ziyarət ediblər.

«İz» proqramına qatılanlar—yazar Günel Mövlud, «Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli və «Nida» Vətəndaş Hərəkatından Zaur Qurbanlıdır.

MƏZARIN ÜSTÜNDƏ 200 YAŞIN TƏMTƏRAĞI VARDIMI?

Mirzə Fətəli Axundovun məzarı başına onun 200 yaşının tamam olmasından bir-iki gün sonra gedən gənclər qəbrin üstünü bomboş görüblər. Günel Mövlud deyir: «Ən azından, qəbrin üstü gül-çiçəklə dolmalıydı. Gürcüstana gündə nə qədər azərbaycanlı gedib-gəlir. Tbilisidə onun adını daşıyan məktəb var. Məncə, heç olmasa onlar Mirzə Fətəlinin qəbrini ziyarət etməliydilər».

TAM BAXIMSIZ...ALAQ BASIB...

Günel Mövlud
Günel Mövlud
Aparıcının: «Azərbaycanın böyük şəxsiyyətlərinin Tbilisidəki məzarları hansı durumdadır»—sualını Günel Mövlud belə cavablandırdı: «Məzarlar yaxşı yerdədir. Mənzərəlidir. Botanika Bağı deyilən yerdədir. Bizim Botanika bağından daha səliqəli, daha gözəldir. Qaldı məzarların necə qorunmasına, məncə, bu artıq Azərbaycan dövlətinin, ictimaiyyətinin, ziyalılarının problemidir. Bu işlə onlar məşğul olmalıdır. Qəbir daşları olduqca köhnədir. Ətrafını alaq basıb. Tam baxımsız və səliqəsiz. Vaxtımız olmadı. Yoxsa uşaqlara təklif edəcəkdim ki, alaqları təmizləyək».

KİMDƏN DAHA ÇOX UMURUQ?

Günel Mövlud Mirzə Fətəli Axundovun yubiley tədbirlərini yetərli saymadığını söylədi:

«Bu silsilə şəklində olmalıydı. Azərbaycanın ziyalıları, dövlət adamları dəstə ilə getməliydi. Yay boyu xarici kurortlara pul tökən müğənnilər oranı ziyarət etməliydi. Yazıçılar ora baş çəkməliydi. Xalq yazıçıları, şairləri öz nüfuzlarından nə vaxt istifadə edəcəklər? Öz ziyalılıqlarını nə zaman ortaya qoyacaqlar? Biz ən çox onlardan umuruq».

MÜSABİQƏLƏRƏ, YARIŞLARA MİLYONLARLA PUL TÖKÜLÜR

Tbilisi səfərinin başqa bir iştirakçısı - Ülvi Həsənli bu məsələdə adi azərbaycanlıları başa düşdüyünü dedi: «Təbii ki, onlara da haqq qazandırmaq olmaz. Azərbaycan dövləti bu boyda idman yarışlarına, müsabiqələrə milyonlarla pul tökür. Diasporla bağlı fərmanlar imzalanır. Amma Tbilisidə uyuyan Azərbaycan tarixinin ən böyük simalarına diqqət yoxdur».

Ülvi Həsənli və Zaur Qurbanlı
Ülvi Həsənli və Zaur Qurbanlı
Ülvi Həsənli Seymur Baycan olmasaydı, məzarları tapa bilməyəcəklərini də dedi: «Çox qarışıq yerdədir. Yeri bilinmir. Bağın girişində bir məlumat olmalıdır. Heç olmasa, o məzarlara aparan ox işarəsi olmalıdır...».

MİRZƏ FƏTƏLİ BÖYÜK ADAMDIR

Zaur Qurbanlı isə bu etinasızlığın bir cəhətinə də diqqət çəkdi: «Gürcülər üçün orada kimin yatmasının - Axundovun, ya Məmmədovun heç bir fərqi olmadı. Orada necə böyük bir adamın yatdığını bilmədilər. Əslində, Mirzə Fətəli böyük adamdır. Amma biz ona layiq deyilik».

Zaur Qurbanlı məzarlarda bir lövhənin olduğunu da bildirdi: «Deyəsən, Şəmkirin İcra Başçısı (Aslan Aslanov - S.İ.) nə vaxtsa bu məzarları bərpa etdirib. Kimsə öz cibindən edirsə, bu da dövlətin diqqətsizliyinin nümunəsidir. Məzarların dördü də eyni vəziyyətdəydi. Bəziləri ayaq altında qalıb, heç görünmür...Yazılar ərəb əlifbasıyla – yüz ilin başdaşılarıdır...».

- Gənclər daha nə söylədilər?
- Tbilisi ilə Bakının fərqini iki gündə necə müəyyənləşdirdilər?

«İz»i bu səhifədən dinləyin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG