Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 22:31

“Pussy Riot”un üzvləri özərini günahkar saymır

Moskvada pak-qrup “Pussy Riot”un üç üzvünün - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) məhkəməsi davam edir. Onlar xuliqanlıqda ittiham olunur.

Qrupun üzvləri məhkəmədə bildiriblər ki, onların kilsədəki aksiyası “etik səhv” olub. Onlar özlərini ittiham üzrə təqsirli saymayıblar

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Onlar bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «pank-dua» etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

Əgər məhkəmə onları təqsirli bilsə, onları 7 ilə qədər həbs gözləyir.
This item is part of
XS
SM
MD
LG