Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Masallı-Astara yolu üçün 200 milyon dollarlıq kredit götürülüb


Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün 200 milyon dollarlıq kredit sazişi imzalanıb.

«AzərTAc»ın məlumatına görə, sazişi Azərbaycan hökuməti adından nəqliyyat naziri Ziya Məmmədov və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Olly Noroyono imzalayıb.

Bu yol şəbəkəsinin inkişafı üçün nəzərdə tutulmuş 500 milyon dollarlıq çoxtranşlı maliyyələşdirmə mexanizmi çərçivəsində 200 milyon dollarlıq üçüncü tranş kreditidir.

Həmin kredit hesabına Masallı və Astara rayonları arasında 39 kilometr uzunluğunda 4 zolaqlı yol çəkiləcək.
XS
SM
MD
LG