Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Neftçilər prospekti daha 2 ay bağlı qalacaq


Bakının əsas nəqliyyat xətlərindən biri olan Neftçilər prospektində aparılan təmir-tikinti işləri ən az 2 ay davam edəcək. APA-nın xəbərinə görə, iyulun 14-dən prospektin mərkəzi hissəsində, «Azneft» dairəsilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanıb.

Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub və prospektə çıxışı olan bütün yollar bağlanıb.

Təmir işlərilə yanaşı, prospekt boyunca kommunikasiya, rabitə, su və kanalizasiya xətləri də dəyişdirilir. Yeni xətlər çəkilir və mövcud xətlərin yerləri dəyişdirilir.

«Azərsu» ASC-dən bildiriblər ki, Neftçilər prospektinin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadədə olan metal borulardan ibarət su və kanalizasiya xətləri polietilen borularla əvəzlənib. Hazırda prospekt boyunca 1960 metr uzunluğunda su, 250 metr uzunluğunda kanalizasiya xətti çəkilir.
XS
SM
MD
LG