Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:52

Ordu Hələbdəki məntəqələrdən birini geri qaytarıb


Ordu Hələb şəhərinin cənub-qərbindəki ələ keçirilmiş məntəqələrdən birini üsyançılardan geri alıb.

Suriya ordu komandanlığı bildirib ki, müxalifətçilər Səlahəddin rayonundan sıxışdırılıb çıxarılıb.

Son iki gündə Suriyanın Hələb şəhərini iki yüz min adam tərk edib. İki gündür Hələbdə hökumət qoşunları ilə müxalifətçilər arasında güclü döyüşlər gedir.

BMT-nin humanitar əməliyyatlar idarəsinin rəhbəri Valerie Amos Suriya hakimiyyətini humanitar yardım gətirilməsi üçün təhlükəsiz dəhliz yaratmağa çağırıb. Gedən döyüşlərə görə şəhərə humanitar yardımlar çatdırıla bilmir.

Valerie Amos bildirib ki, şəhərdə mühasirədə qalan dinc sakinlər var. Onların sayı isə məlum deyil.
XS
SM
MD
LG