Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:55

Romney Qüdsü İsrailin paytaxtı adlandırıb


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Mitt Romney İsrailə gedib. İyulun 29-da Qüdsdəki çıxışında o bu şəhəri “İsrailin paytaxtı” adlandırıb. Onun bu sözləri fələstinliləri hiddətləndirib. Fələstin-İsrail danışıqlar qrupunun üzvlərindən biri Saeb Erakat bu fikri qəbuledilməz adlandırıb.

Qüdsün şərqi işğal olunmuş ərazi sayılır. Fələstin-İsrail sülh danışıqları çərçivəsində fələstinlilər şəhərin şərqi hissəsinin gələcəkdə müstəqil Fələstin dövlətinin paytaxtı olmasında israr edir.

Romneyin İsrailin baş naziri Benyamin Netanyahu və prezident Shimon Pereslə danışıqlarının əsas mövzusu İranın nüvə proqramı ilə bağlı olub.
XS
SM
MD
LG