Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 03:35

Son iki gündə Bakıda 12 nəfər qidadan zəhərlənib

Arxiv foto
Arxiv foto
Bakıda son iki gündə qidadan 12 nəfər zəhərlənib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, zəhərlənənlərin 7-si xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü qutabdan, digərləri isə qarışıq qidadan zəhərləniblər.

Mövsüm ərzində qidadan zəhərlənmə ilə bağlı stansiyaya 283 nəfər zəhərlənib, onlardan 245 nəfər xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG