Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:52

Furqan Sadıq. Məndən nə olasıdı?!

-

MƏNDƏN NƏ OLASIDI?!

Unudun məni, unudun,
məndən nə olasıdı?!
Hərəniz bir arzu tutun,
bəlkə də olasıdı...

Bu it nə istəyir görən,
sür-sümükmü, ölümmü?!
Yoxdu itə sümük verən,
nə də ölüm görünmür...

Başını at, yat, qadası,
səhər durub taparsan...
Acıları unut, bəlkə
şirin yuxu tapasan...
XS
SM
MD
LG