Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 01:09

Furqan Sadıq. Həyatı yeyilən adam

-

Ey mənim həyatımı
nuşicanlıqla yeyən kimsələr!
Heç nə olmayıbmış kimi
elə-belə yeyin həyatımı…
Duzu azdırsa duz səpin,
yağı azdırsa yağlayın,
gülə-gülə yeyin həyatımı…
Amma, nə olar, yalvarıram,
mənə də dibində
bir az saxlayın-
aclıqdan ölməyim deyə...
XS
SM
MD
LG