Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Donor təşkilatlar Yunanıstana xəbərdarlıq edib


Avropa Birliyi, Beynəlxalıq Valyuta Fondu və Avropa mərkəzi bankının nümayəndələri bəyan ediblər ki, Yunanıstanın növbəti kredit alması büdcə xərclərinin ixtisarı ilə bağlı planın yerinə yetirilməsindən aslıdır.

Onlar belə bir bəyanatla Afinada Yunanıstanın baş naziri Antonis Samarasla görüşərkən çıxış ediblər.

Onlar yeni baş nazirdən əvvəlki hökumətin qəbul etdiyi kəskin iqtisadi islahatların həyata keçirilməsini tələb ediblər.

Yeni Yunanıstan hökuməti hakimiyyətə gəlməzdən əvvəl bu məsələyə yenidən baxılacağını vəd edib.

Yunanıstandakı borc böhranı iqtisadi cəhətdən sabit olan Almaniya, Niderland və
Lüksemburq da daxil olmaqla avrozona ölkələrində iqtisadi vəziyyəti əngəlləyib.
XS
SM
MD
LG