Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Rumınyada prezidentə etimadla bağlı referendum keçirilir


Bu gün Rumınyada prezident Trayan Baseskuya etimad məsələsi ilə bağlı referendum keçirilir.

İctimai rəy sorğularına görə, vətəndaşların 2/3-si prezidentə impicmenti dəstəkləyəcək.

Nəticələrin saxtalaşdırılacağını deyən Basesku, tərəfdarlarını referendumu baykot etməyə çağırıb.

Onun istefasını baş nazir Viktor Pontanın rəhbərlik etdiyi hakim Sosial-liberallar ittifaqı istəyir.

Parlament iyulun 6-da Baseskunun səlahiyyətlərini müvəqqəti saxlayıb.

Prezident 2010-cu ildə kəskin iqtisadi tədbirlər həyata keçirməklə səlahiyyətlərini aşmaqda itiham olunur.

Avropa Birliyi ilə Birləşmiş Ştatlar Rumınyadakı siyasi böhrandan narahatdırlar.
XS
SM
MD
LG