Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 05:41

YAP Zərdab rayon təşkilatı üçün inzibati bina tikdirir

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı üçün inzibati bina inşa olunur.
Ümumi sahəsi 278 kvadratmetr olan bina ikimərtəbəlidir və 7 otaqdan ibarətdir.
İnzibati bina müasir memarlıq üslubunda tikilir.
AzərTAc-ın xəbərinə görə, tikinti işlərinə bu ilin may ayında başlanılıb.
Yeni binanın gələn ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.
This item is part of
XS
SM
MD
LG