Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Qubada Forum keçirilməsinə icazə verilməyib


Quba
Quba
-
İyulun 28-də Quba şəhərində keçirilməsi nəzərdə tutulan Vətəndaş Forumuna imkan verilmədiyi bildirilir.

Forumu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə keçirəcəkdi.

SMDT-nin hüquqşünası Asima Nəsirli AzadlıqRadiosuna bildirib ki, onlar Quba şəhərinə girəndən polisin təqibinə məruz qalıblar:

«Tədbiri keçirəcəyimiz obyektlərin sahiblərini polisə çağırıb, bizə yer verməyi qəti qadağan etdilər. Sonra biz başqa bir şadlıq evinə getdik. Orda isə bizi Quba polis şöbəsinin çox sayda əməkdaşları qarşıladı. Polis bizə dedi ki, icra hakimiyyətinin icazəsi olmadan burda tədbir keçirilə bilməz».

QHT əməkdaşlarının demələrinə görə, polislərə qapalı məkanda toplanmaq üçün hər hansı icazəyə və xəbərdarlıq məktubuna qanunla ehtiyac olmadığını bildiriblərsə də, buna əhəmiyyət verilməyib.

«PREZİDENT ADMİNİSTRASİYASINDAN İCAZƏ ALINMALIDIR»

SMDT əməkdaşları deyir ki, bununla əlaqədar Quba rayon İcra hakimiyyətində də olublar. Asima Nəsirli deyir ki, ancaq orada forumun keçirilməsinə qəti şəkildə imkan verilməyəcəyi bildirib:

«Bizə icra hakimiyyətində dedilər ki, Quba rayonunda hər hansı tədbir keçirmək üçün Prezident Administrasiyasından icazə alınmalıdır. Burda tədbir keçirən təşkilatın məqsədi nədir, təşkilatın sədri kimdir və s. Araşdırıldıqdan sonra tədbirə icazə verilib-verilməyəcəyinə qərar verirlər».

Asima Nəsirli bildirib ki, Vətəndaş Forumun keçirilməsində məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etmək idi.

Qeyri-iş günü olduğundan Quba rayon İcra Hakimiyyəti və polis idarəsindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG