Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Tbilisi qızıl medala 1.2 milyon veriləcəyini yalan məlumat adlandırır



Gürcüstanın İdman və Gənclər Nazirliyi London Olimpiadasında qızıl medal alan idmançıya dünyada hamıdan daha çox mükafat verəcəkləri barədə xəbərləri yalan adlandırır.

İyulun 27-də yazılı məlumatda nazirlik qeyd edir ki, həqiqətən də qalib idmançıları mükafatlandıracaqlar. Amma mükafatın məbləği həmin idmançının əldə etdiyi uğurların dərəcəsindən asılı olacaq. Qızıl medala 1.2 milyon dollar veriləcəyi barədə xəbərlər isə həqiqətə uyğun deyil.

Qızıl medalçılara 1.2 milyon dollar veriləcəyi barədə xəbərləri Gürcüstan mediası prezident Mikheil Saakashvili`yə istinadla yazmışdı.

Azərbaycan isə prezident İlham Əliyevin sərəncamı ilə London Olimpiadasında qızıl medal qazanan idmançılara 400 000 manat - təxminən 520 000 dollar mükafat verməyi nəzərdə tutur.
XS
SM
MD
LG