Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Heydər Əliyev Mərkəzinin yanmasına reper münasibəti [Video]


URAN canlı efirdə Facebook əhlinin suallarına cavab verib
Gözlə

No media source currently available

0:00 0:53:50 0:00
Direct-ə keçid

«Atmosferə lazımsız qazlar getdi həmin yanğın zamanı və bu, məni daha çox yandırır».

-
Reper Uranı «Facebook»da ən çox cəlb edən nədir? Ona ən çox hansı mövzuda müraciət olunur? Uran «Facebook» əhlinin bu və digər suallarını cavablandırıb.

- Uran, «Facebook» səhifənizi nə qədər adam bəyənir?

- Bəyənənlərin sayı 41 mindən çoxdur. Amma əlbəttə ki, onların hamısı ilə dostluq etmək, yadda saxlamaq mümkün deyil. Gələn suallara mümkün qədər cavab veririk. Albom və sair barədə suallar çox olur. Amma elə suallar da olur ki, onları ləğv etməkdən başqa çarə qalmır.

- Günün hansı vaxtları «Facebook» daha cəlbedici olur ümumiyyətlə?

- Dəfələrlə təcrübədən keçirmişəm, «Facebook»da əsasən axşam saat 9-12 arası maraqlı mövzular, müzakirələr və ya hansısa bir klip insanların diqqətini daha çox cəlb edir. Saat 12-yə doğru artıq tədricən bu proses zəifləyir. Amma qalmaqal yarada biləcək suallar qoyanda, gündüz saat 4-5 arası da camaat çox ünsiyyətə girir, şərh yazanların sayını artır.

- Son günlər «Facebook»da hansı hadisə diqqətinizi daha çox cəlb edib?

- Son günlər diqqətimi cəlb edən yanan Mərkəzin qarşısında dayanan uşağın şəkli idi (Heydər Əliyev mərkəzi nəzərdə tutulur -İ.R.). O şəkli çox bəzəyib-düzəyib adlar qoydular. Düzdür, mən o barədə heç nə etmədim, heç status da yazmadım. Amma diqqətimi ən çox cəlb edən bu hadisə oldu.

- Yanaşmalar müxtəlif idi. Siz də bilirsiniz, istehza edənlər, sevinənlər və təəssüf edənlər də var idi. Sizdə hansı təəssürat yaratdı bu yanğın hadisəsi?

- Atmosferə lazımsız qazlar getdi həmin yanğın zamanı və bu, məni daha çox yandırır. Ozon qatımızda onsuzda dəlik, deşiklər çox idi. Bu hadisədə də lazımsız qazlar getdi. Bax, buna daha çox təəssüflənirəm.

O mərkəzin yanmasında günahkarlar varsa, mən onları daha çox ekologiyamızı korladıqlarına görə məsuliyyətə cəlb edərdim. Bizim ekologiyamız onsuzda bərbad gündədir. Bu bərbadlığa belə əlavələr edilməməlidir.

Mən 1-2 saat əvvəl həmin mərkəzin yanından keçmişdim. Hər şey qaydasında idi. Onun yandığını da ilk olaraq «Facebook»dan duydum. Tez televizoru açıb telekanalları izləməyə başladım ki, görüm nə məsələdir, amma heç nə vermirdilər. Ya yadlarından çıxmışdı, ya da yəqin ki, orada ekologiyaya zərər vurulması barədə onların məlumatı yox idi.

Verilişi burdan dinlə


XS
SM
MD
LG