Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Hələbə genişmiqyaslı hücum gözlənir


Suriyanın ikinci böyük şəhəri olan Hələbin sakinləri və şəhərdəki müxalifət qüvvələri rejimin nəzarətində olan ordunun genişmiqyaslı hücumunu gözlədiklərini bildirirlər. Müxalifət təmsilçiləri hazırda şəhərin yarısına nəzarət etdiklərini bildirirlər.

Hələbdən gələn məlumatlara görə hökumət ordusu təyyarə və vertolyotlarla şəhərdəki bəzi müxalifət mövqelərinə hücumlar edirlər. Həmçinin hökumət şəhərin ətrafına zirehli texnika cəmləyir. Müxalifətin Azad Suriya Ordusu da könüllülər hesabına canlı qüvvəsinin artdığını bildirir.

BMT-nin insan haqları komissarı Hələbdə dinc sakinlərin taleyindən ciddi narahatlıq olduğunu bildirir. Komissar Navi Pillay hər iki tərəfi dinc sakinləri qorumağa çağırıb.
İnsan haqları fəalları son iki ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifətlə hökumət qüvvələri arasında toqquşmalarda 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.

Suriyanın Hələb şəhərindən seçilmiş deputatı İkhlas Al-Badawi iyulun 27-də Türkiyəyə qaçıb. O Sky News Arabia telekanalına bildirib ki, prezident Bashar al-Assadın rejimi minimal hüquqlarını tələb edən vətəndaşları repressiya və işgəncələrə məruz qoyduğu üçün onun komandasını tərk edib.

Al-Badawi bu ilin mayında keçirilmiş parlament seçkisində mandat almış deputatlar arasında ölkəni tərk edən parlament təmsilçisidir. Həmin seçkidə parlamentdə Bashar al-Assadın Baath Partiyası qalib elan edilmişdi.

Dünən həmçinin Suriya ordusunun prezidentə ən yaxın hesab edilən yüksək vəzifəli generallarından birin Türkiyəyəy qaçdığı məlum olub.
XS
SM
MD
LG