Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Özbəkistanda hüquq müdafiəçisi öldürlüb


Özbəkistanda insan hüquqları müdafiəçisi Akromhoja Muxiddinov qətlə yetirilib. Bu barədə AzadlıqRadiosuna onun həmkarı, Özbəkistan İnsan Hüquqları Alyansının həmsədri Yelena Urlayeva məlumat verilib.

Urlayevanın sözlərinə görə, Muxiddinov şimali Daşkənd vilayətində Tinçlik şəhərində bıçaqlanaraq öldürülüb:

“Hadisə iyulun 25-də baş verib. Axşam saatlarında Muxiddinov 3 nəfərin hücumuna məruz qalıb. Onlardan biri bıçaq zərbələri endirib”.

Urlayeva bildirib ki, polis qətldə şübhəli bilinən şəxsi saxlayıb.

Məsələ ilə bağlı polis hər hansı şərh verməyib.

Urlayeva hesab edir ki, həmkarının qətli onun insan hüquqları sahəsində fəaliyyəti ilə bağlıdır.

59 yaşlı Muxiddinov son yeddi ildə Urlayevanın rəhbərliyində çalışdığı İnsan Hüquqları Alyansı ilə işləyib və yerli fermerlərin hüquqlarını müdafiə kampaniyasında iştirak edib.
XS
SM
MD
LG