ABŞ-da prezident seçkisində namizədliyə iddialı Mitt Romney iyulun 26-da Britaniyada Baş nazir David Cameron`la görüşüb. Avropa səfərinə çıxan Romney Cameron`la görüşdən sonra jurnalistlərə bildirib ki, Suriya, Liviya, Pakistan və başqa ölkələrlə bağlı məsələləri uzun-uzadı müzakirə ediblər. Amma o, detallar haqqında məlumat verməyib.
Mümkün prezidentliyə namizəd iyulun 27-də Londonda Olimpiadanın rəsmi açılışına qatılacaq, ondan sonra isə İsrail və Polşaya səfər edəcək.
ABŞ-da prezident seçkisi bu ilin noyabrında keçirilməlidir.
65 yaşlı Mitt Romney hazırda müxalifətdə olan Respublikaçıların namizədidir.