Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:08

Prezident İlham Əliyev Olimpiadanı izləmək üçün Londona gedib



Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona gediblər. Prezidentin rəsmi saytında yayılan xəbərə görə Londonun “Stansted” hava limanında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıblar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.
Olimpiadanın rəsmi açılışı iyulun 27-də olacaq. Azərbaycan bu yarışlarda 53 idmançı ilə təmsil olunur.
XS
SM
MD
LG