Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

Moskvada etiraz aksiyası başlayır



Rusiya müxalifəti iyulun 26-da Moskvanın mərkəzində etiraz aksiyasına başlayıb. Novopuşkinsk Meydnaında keçirilən aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.
Aksiyada çıxış edənlər hakimiyyəti müxalifətin mayın 6-da Moskvanın Balotnaya Meydanında keçirdiyi etiraz aksiyası iştirakçılarında tutulanlara işgəncə verməkdə ittiham edirlər.

Elə bu gün səhər saatlarında Moskva polisi Bolotnaya mitinqinə görə daha iki müxalifət fəalını saxlayıb. Müxalifətçilərdən 14 nəfəri mayın 6-da keçirilmiş həmin aksiyaya görə ittihamlarla üz-üzə qalıb.

Mayın 6-da – Vladimir Putinin 3-cü dəfə prezident kimi and içməsindən bir qədər əvvəl keçirilən keçirilmiş həmin aksiyada polislə qarşıdurma yaranmış, azı 400 nəfər saxlanmışdı.
XS
SM
MD
LG