Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:33

Ukrayna da Beynəlxalq Olimpiya Komitəsinə şikayət edir


Gürcüstanın ardınca Ukrayna da Beynəlxalq Olimpiya Komitəsinə şikayət edərək bəzi idmançıların doğulduqların yerin səhvən Rusiya yazılmasından edib.

Ukraynanın Xarici İşlər naziri bildirib ki, ölkəsinin Londondakı səfirindən düzəlişlər üçün xahiş göndərməsini istəyib.

London Olimpiadasının rəsmi saytında keçmiş SSRİ-nin müxtəlif yerlərində doğulmuş azı 10 Rusiya idmançısının doğum yerinin səhvən Rusiya yazılmasındadır. Onların arasında Bakıda, Ermənistanda doğulan bəzi idmançılar da var. Onlar da səhvən Rusiyada doğulmuşlar kimi göstəriliblər.

Dünən də Tbilisi Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək onun separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyada doğulmuş idmançıların Rusiyada doğulmuş kimi göstərilməsinə etiraz edib.
XS
SM
MD
LG