Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 08:06

Tacikistan prezidenti ultimatum verir



Tacikistan prezidenti Emomali Rahmon ölkənin şərqində bu həftənin əvvəlində hüquq-mühafizə orqanları ilə atışmaya girən silahlı qrupun üzvlərindən təcili silahı yerə qoyub təslim olmağı tələb edir. Prezident deyib ki, bütün kriminal qruplar qanun qarşısında cavab verəcəklər.

Dünən axşam hökumətin təcili iclasında prezident Rahmon silahı yerə qoyanlara amnistiya vəd etmişdi.

İyulun 21-də təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli zabitinin öldürülməsindən sonra hökumət ölkənin şərqində “yaraqlılar” adlandırdığı qrupa qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. İndiyə qədər həmin yaraqlıların kimlər olduğu barədə rəsmi məlumat verilmir.

Rəsmilər hər iki tərəfdən 60-a yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG