Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

Natiq Əliyev: «Azərbaycan TransXəzər-in tikintisində maraqlı deyil»


Natiq Əliyev
Natiq Əliyev
Azərbaycan Türkmənistan qazını Avropaya daşımaq üçün TransXəzər qaz kəmərinin tikintisini maliyyələşdirməyi planlaşdırmır, eyni zamanda layihəni dəstəkləsə də, tezliklə tikiləcəyini gözləmir. Reuters informasiya agentliyinin məlumatına görə, bunu enerji naziri Natiq Əliyev bildirib.
Avropa Komissiyası hazırda Türkmənistan və Azərbaycanla nəzərdə tutulan kəmər üzərində danışıqlar aparır.
«Düşünmürəm ki, «TransXəzər» qaz kəməri yaxın zamanlarda hazır olacaq», Natiq Əliyev jurnalistlərə açıqlayıb.
«Kim tikəcək «TransXəzər» kəmərini? Azərbaycan bunda maraqlı deyil. TransXəzəri ya Türkmənistan, ya da Avropa şirkətləri həyata keçirməlidir», o əlavə edib.

«AZƏRBAYCAN ÖZ QAZININ İXRACINI GENİŞLƏNDİRMƏYİ DÜŞÜNÜR»
Əliyev təsdiqləyib ki, Bakı Avropaya qaz çatdırılması üçün təşkilatçıları bütün lazımi icazə və infrastrukturla təmin etməyə hazırdır.
Xəzər nefti və Kəpəz və Çıraq kimi qaz yataqları üzərində mülkiyyət hüququna dair Azərbaycan və Türkmənistan arasında uzun zamandır mübahisə var:
«Biz Türkmənistanla TransXəzər boru kəmərinin tikintisi barədə razılıq əldə edəcəyimiz halda, Xəzər dənizinin statusu ilə bağlı problem yoxdur», nazir bildirib.
«Xəzərin statusu və TransXəzər kəmərinin tikilməsi arasında hər hansı bağlılıq və bir-birinə təsir imkanı yoxdur. Bu, iki döblət arasında danışıqlar yolu ilə baş tuta bilər».
Əliyevin sözlərinə görə, Azərbaycanın qaz ixracında artım gözlənilir:
Natiq Əliyev
Natiq Əliyev
«Düşünürəm ki, bizim proqramlar uğurlu olsa, 2030-cu ildə biz ildə 30 milyard kubmetrdən çox qaz ixrac edə bilərik».
2012-ci ilin ilk yarısında Azərbaycanda təbii qaz hasilatı 3,1 faiz artaraq 13,3 milyard kubmetrə çatıb.
Ölkə qazı yerli bazara və Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə, o cümlədən Rusiyaya satır.

Reuters yazır ki,ölkənin ən böyük qaz yatağı Şahdəniz yatağıdır. Şahdəniz BP, Statoil və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən işlənilir və 1,2 trilyon kubmetr qaz ehtiyatına malik olduğu bildirilir.

BAŞQA YATAQLARDAN DA BÖYÜK HƏCMDƏ QAZ ƏLDƏ EDİLƏCƏK
Bu yataqda istehsal 2006-cı ildən başlanıb və mərhələnin 2017-18-ci ildə başlaması nəzərdə tutulur.
«Şahdəniz-2 yatağından biz təkbaşına 30 milyard kub metr qaz hasil edə bilərik. BP-nin hesablamalarında qeyd olunan 16 milyard rəqəmi çox pessimistdir. Biz daha çox çıxaracağıq. Biz yavaş-yavaş bu rəqəmi artıracağıq, lakin bu, bazardan da asılıdır», Natiq Əliyev deyib.
Böyük qaz yataqlarından quruda olan «Abşeron» bloku bir neçə trilyon kub fut qaz və kondensat ehtiyatlarına malikdir, «Ümid»də 250 milyard kubmetr qaz, «Babək» strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
«Bu, onu göstərir ki, biz 30 milyard kubmetr, hətta 50 milyard kubmetr qaz ixrac edə bilərik, əgər layihələrimiz uğurlu olsa», Əliyev bildirib.

Sayta hazırladı: Durna Səfərli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG