Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

İranla İsrail bir-birini ittiham edir


Bolqarıstanda İsraildən olan turistləri daşıyan avtobusun partlamasında İranın günahlandırılmasına İran cavab verib: “İsrailin bu iddiası əsassızdır”.

İyulun 25-də BMT Təhlükəsizlik Şurasında Orta Şərq üzrə debatda İranın BMT səfiri Mohammad Khazaee beş İsrail turistinin və bir bolqar avtobus sürücüsünün ölümünə səbəb olan hücumda İsraili ittiham edib.

İsrailin BMT səfirinin müavini Haim Waxman bu ittihamı “qorxunc” adlandırıb və əlavə edib ki, “amma bu, təəccüblü deyil, çünki eyni hökumət 2001-ci ilin 11 sentyabr hadisələrini də konspiroloji hücum adlandırıb və Holokostu təkzib edib”.

Waxman iddia edib ki, Bolqarıstanda, ümumiyyətlə son aylarda dünyada baş verən bir neçə terror olaylarında İranın barmağı var.
XS
SM
MD
LG