Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 23:59

Nuranə Nur. Səhər

-
SƏHƏR

Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər.
XS
SM
MD
LG