Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Elmar Şahmar. Xocalının 20 yaşına...


-
XOCALININ 20 YAŞINA...

Sənə nifrət edirəm,
“sevənlərin” çox deyə.
Bəlkə də çox sevirəm,
səni sevən yox deyə.

Sənə olan sevgidən
iyrənirəm, Vətənim!
Ürəklərdən silinib,
dodaqlarda bitənim!

Əllərimiz qısalıb,
dillərimiz uzundu,
Neçə ildi dözürsən,
bir az daha döz indi.

Düşmənlərə əsirdi,
arvad-uşaq, oğul-qız,
Həm Səni, həm onları
çoxdan unutmuşuq biz.

Xocalı, ay Xocalı,
bizi gözləmə, əl çək!
Sənə heykəl ucalıb,
20 yaşın mübarək!
XS
SM
MD
LG