Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Tbilisi separatçı regiona görə Beynəlxalq Olimpiya Komitəsinə etiraz göndərib



Gürcüstanın Milli Olimpiya Komitəsi bu ölkənin separatçı regionlarında anadan olan iki idmançının döğulduğu yerin Rusiya yazılmasına rəsmi etiraz bildirib.

Londonda bu həftənin cümə günü başlayacaq olimpiadanın rəsmi saytında Gürcüstanın separatçı regionu Cənubi Osetiya və Abxaziyada doğulmuş Rusiya güləşçiləri Besik Kudukhov və Tsargush`un anadan olduqları yer kimi Rusiya yazılıb. Gürcüstan da buna etiraz edərək yanlışın düzəldilməsini tələb edir.

2008-ci ildə Gürcüstanla qısamüddətli müharibədən sonra Rusiya hər iki separatçı regionu müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG