-
İyulun 25-i saat 16:40 radələrində Bakının Nobel prospektində, «Lunapark» Əyləncə Mərkəzinin yaxınlığındakı mazut gölməçəsində yanğın baş verib.
Yanğın qısa vaxtda söndürülüb.
Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Ramazan Ramazanov AzadlıqRadiosuna müsahibəsində yanğının səbəbi barədə dəqiq bir söz deməyib.
O, yanğının yaxınlıqdakı adamların ehtiyatsızlığı üzündən baş verə biləcəyini ehtimal edib:
«Mazut gölməçəsi yaşayış evlərinə yaxındır. Ola bilsin, yaxınlıqda oynayan uşaqlar bunu edib və ya kimsə yanan siqareti əraziyə atıb. Araşdırma aparılır və yəqin ki, hər şey bu araşdırmalardan sonra aydın olacaq».
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.