Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:58

İyulun 25-də Azərbaycanda 42 dərəcə isti olacaq


Baku
Baku
Cümə günü Azərbaycanın bəzi ərazilərində 42 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal küləyi əsəcək.

Gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində suyun istiliyinin 26-29 dərəcə olacağı gözlənilir.

Rayonlarda da hava yağmursuz olacaq, şərq küləyi əsəcək.

Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz isə 25-30 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG