Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 22:38

Hələbdə ağır döyüşlər gedir

Böyüklüyünə görə ikinci olan Suriyanın Hələb şəhərində ağır döyüşlər gedir.

Hökumət qoşunları şəhəri raket və artileriya atəşinə tutur.

Üsyançıların sözlərinə görə ayrı-ayrı hədəfləri vurmaq üçün vertolyotlardan da istifadə olunur.

Bu günkü döyüşlərdə azı 33 adamın öldüyü bildirilir.

İordaniya son 3 gündə ölkəyə gələn Suriya qaçqınlarının sayının 5 dəfə artığını deyir.

Hazırda İordaniyada 140 min Suriya qaçqını var.
This item is part of
XS
SM
MD
LG